Accessibility links

Rauf Mirqədirovun apellyasiya şikayətinə baxılacaq


Fevralın 18-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun hökmündən verilmiş apellyasiya şikayətinə baxılacaq.

Vəkil Fuad Ağayevin verdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyovun icraatına verilib.

R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R. Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə ona bəraət verilməsi istənilir.

Jurnalist ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Amnesty İnternational Rauf Mirqədirovu "vicdan məhbusu" elan edib.

XS
SM
MD
LG