Accessibility links

Xədicə İsmayıl ölkədən çıxışına icazə verilməsi ilə bağlı məhkəməyə müraciət edib


Xədicə İsmayıl
Xədicə İsmayıl

Jurnalist Xədicə İsmayıl ölkədən çıxışına icazə verilməsi ilə bağlı məhkəməyə müraciət edib.

X.İsmayıl bu barədə özünün Facebook səhifəsində yazıb.

Jurnalist bildirib ki, işə Binəqədi rayon məhkəməsində iyunun 28-də saat 17:00-da baxılacaq.

X.İsmayıl qeyd edib ki, ATƏT-in Parlament Assambleyası İnsan Haqları Komissiyasının sədrindən, ABŞ Konqresinin nümayəndə heyətinin rəhbərindən dəvət alıb. Bundan başqa, ATƏT-in media konfransında iştirak etməlidir.

Jurnalist məhkəmə müsbət qərar verərsə, bu konfranslara qatılmaq niyyətindədir.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı.

Lakin o, ittihamları qəbul etmirdi və korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirirdi.

Amnesty İnternational jurnalisti vicdan məhbusu elan edib.

X.İsmayıl mayın 25-də Ali Məhkəmənin qərarı ilə 3 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası ilə sərbəst buraxılıb.

Ötən ay Sumqayıt Məhkəməsi şərti azadlığa buraxılan hüquq müdafiəçisi İntiqam Əliyevin ölkədən çıxışına 10 günlük icazə vermişdi.-

XS
SM
MD
LG