Accessibility links

Xədicə İsmayıl: Xahiş edirəm, dövlət vəsaitinə və vəkilin vaxtına qənaət eləyin


Xədicə İsmayıl
Xədicə İsmayıl

Jurnalist dövlət hesabına tutulan vəkildən imtina edib

Bazar ertəsi Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə jurnalist Xədicə İsmayılın Azərbaycandan çıxmasına qadağa qoyulması ilə bağlı məhkəmə qərarından verilən appelyasiya şikayətinə baxılıb.

Xədicə İsmayılın Amerikanın Səsinə verdiyi məlumata görə prosesdə şikayət üzrə məhkəmənin ilkin baxışı keçirilib və İsmayıl dövlət tərəfindən təyin olunmuş vəkildən imtina etməsi barədə ərizə təqdim edib.

2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayıl vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı. Ancaq o, ittihamları qəbul etmir, korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirirdi.

Xədicə İsmayıl məhkəməyə dövlət hesabına tutulan vəkildən imtinasını belə əsaslandırıb:

"Xahiş edirəm, dövlət vəsaitinə və vəkilin vaxtına qənaət eləyin".

Məhkəmə ərizəni təmin edib. Xədicənin hüquqlarını ayrıca müqavilə bağladığı vəkil Fariz Namazlı müdafiə edəcək.

İş üzrə məhkəmə prosesi avqustun 15-ə təyin olunub.

İsmayıl şərti həbs cəzası müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsinə dair Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə jurnalistin şikayətini təmin etməyib. O, həmin qərardan apellyasiya şikayəti verib.

Fariz Namazlı
Fariz Namazlı

2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayıl vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı. Ancaq o, ittihamları qəbul etmir, korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirirdi.

Jurnalist mayın 25-də Ali Məhkəmənin qərarı və ona 3 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzasısı kəsilməklə, sərbəst buraxılıb. Onun ölkədən çıxışına icazə verilmir.

Jurnalist iyulun əvvəllərində Kütləvi İnformasiya Vasitələrinin Tbilisidə keçirilən XIII Cənubu Qafqaz konfransına da "Skype"-la qatılmışdı.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG