Accessibility links

Pərviz Həşimli polis bölməsinə aparılıb


Avqustun 18-də Gününsəsi.info saytının baş redaktoru Pərviz Həşimli Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə aparılıb.

Bu barədə vəkil Bəhruz Bayramov Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, jurnalist insident nəticəsində polis tərəfindən saxlanılıb.

“Belə ki, “Gününsəsi.info saytı keçmiş milli təhlükəsizlik nazirinin sabiq müavini Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədovanın Bakı şəhərindəki 14 saylı poliklinkanın baş həkimi vəzifəsindən azad edilməsi ilə bağlı yazı dərc edib. Bu gün təsadüfən Hilal Əsədovun xanımı sürücüsü ilə keçərkən saytın rəhbəri Pərviz Həşimlini görür və ondan məqalə ilə bağlı sorğu-sual edir. Həşimli xanımdan saytda dərc edilmiş yazıya cavab yazmasını xahiş edir. Jurnalist özünə qarşı təxribat olacağını güman edərək baş verənləri mobil telefonu vasitəsi ilə çəkir. Bu zaman Nüşabə Əsədovanın sürücüsü Həşimliyə hücum edir və telefonu ondan almağa cəhd edir. Beləliklə, insident yaranıb və polislər jurnalisti Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə gətiriblər. Mobil telefon da polisdədir. Bütün baş verənlərin mobil telefona çəkilməsinə baxmayaraq, polis hadisənin şahidi olmayan 14 saylı poliklinkanın işçilərini dindirir”, hazırda 16-cı Polis Bölməsinin qarşısında olan vəkil qeyd edib.

Xatırladaq ki, bundan öncə Pərviz Həşimli 2013-cü il sentyabrın 17-də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri üzrə ittiham irəli sürülüb. Həşimli bu ittihamlarla 8 il azadlıqdan məhrum edilib və 2016-cı ilin martında əfv edilib.

O, ittihamları qəbul etməyib və sifariş hesab edib. Jurnalist keçmiş MTN-nin təcridxanasında olarkən ağır işgəncələrə məruz qaldığını və bir sıra vəzifəli şəxslərin, həmçinin müxalifətdə olan AXCP sədri Əli Kərimlinin əleyhinə ifadələr almaq istədiklərini bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG