Accessibility links

Mehman Hüseynovun apellyasiya şikayətinə baxılacaq


Aprelin əvvəlində Bakı Apellyasiya Məhkəməsi bloger Mehman Hüseynovun Suraxanı rayon Məhkəməsinin qərarından verdiyi şikayətə baxacaq. Bu barədə vəkil Elçin Sadıqov bildirib.

M.Hüseynov bu il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Bloger 2017-ci il yanvarın 9-da naməlum şəxslər tərəfindən saxlanılıb. Yanvarın 10-da Nəsimi Rayon Məhkəməsi Hüseynovu polisin qanunu tələbinə tabe olmamaqda günahlı bilərək 200 manat cərimə edərək sərbəst buraxıb. Bundan sonra jurnalistlər qarşısına çıxan M.Hüseynov saxlandığı müddətdə işgəncələrə məruz qalması haqda açıqlama verib.

Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev bunu polisə böhtan kimi dəyərləndirərək xüsusi ittiham qaydasında blogerə qarşı iddia qaldırıb və həmin iddia nəticəsində M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.

Vəkil Elçin Sadıqov martın 17-də təcridxanada blogerlə görüşdükdən sonra onun durumunun normal olduğunu bildirib. “Mehman Hüseynov hər kəsi Novruz bayramı münasibətilə təbrik edir. Martın 16-da anası ilə görüşüb, yəni görüşlə bağlı məsələlər yoluna qoyulyb”, o qeyd edib.

Vəkil deyib ki, Hüseynov Suraxanı Rayon Məhkəməsinin barəsində azadlıqdan məhrumetmə ilə bağlı çıxardığı qərarı hakimin iradəsi saymır və bu səbədən etiraz olaraq ona təqdim edilmiş qərar əks olunmuş kağız parçasının üzərində domino oynayır.

E.Sadıqov bildirib ki, M.Hüseynovla bağlı Suraxanı Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində aprelin əvvəlində baxılması gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG