Accessibility links

Elman Yusifov: Ümid edirəm ANS gəlib əmlakını binadan çıxaracaq


 Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov
Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov

ANS televiziyası ilə durum gərgin və arzuolunmazdır. Qarşı tərəf faktları düzgün ifadə etmir. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov bildirib.

“Reallıq budur ki, ANS Zoologiya İnstitutunun yerləşdiyi binada 3000 kvadrat metr qeyri-yaşayış sahəsini zəbt edib. Belə ki, ANS-in Dövlət Əmlak Komitəsi ilə bağladığı icarə müqviləsi 2016-cı il oktyabrın 1-dən qüvvədən düşüb. Bu sahənin 1000 kvadratmetrinin qapıları (binanın birinci mərtəbəsi) istintaq orqanı tərəfindən möhürlənib və polis nəzarətindədir. Qalan 2000 kvadrat metr ərazidən isə ANS əmlakını çıxarmır. Əvəllər ANS rəhbərliyi telefona cavab verirdi və əmlaklarını boşaldacağını bildirirdi. Son vaxtlar telefonlarına ümumiyyətlə cavab vermirlər. Belə olan halda biz əmlakın binadan çıxarılmasına kömək etmələri üçün Baş Prokurorluğa müraciət etdik. ANS Baş Prokurorluğa bildirir ki, guya biz onları binaya buraxmırıq. Bu həqiqətə uyğun deyil”, o qeyd edib.

Yusifov ANS-ə müraciətə edərək bildirib: “Ümid edirəm ki, gəlib əmlaklarına sahib durub, icarə və kommunal xərclərini ödəyəcəklər”, direktor bildirib.

Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyədə 2016-cı il 15 iyul hadisələrindən sonra ANS televiziyasının efirində Fethullah Gülenin müdafiəsinə yönəlik, terrora çağırış xarakterli materialların yayımlandığını iddia edərək, 18 iyul 2016-cı ildən etibarən bu kanalın yayımını dayandırıb. Şura daha sonra ANS-ə 25 oktyabr 2013-cü ildə verilmiş lisenziyanın ləğvi üçün məhkəməyə müraciət edib. Məhkəmə iddianı təmin edib. Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb. ANS rəhbərliyinin həmin qərardan Avropa Məhkəməsinə şikayət etdiyi bildirilir.

ANS Milli Teleradio Şurasının iddialarını qəbul etmir və terrora çağırış xarakterli verilişlər yaymadığını bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG