Accessibility links

Sərhədsiz Reportyorlar:Azərbaycanda media azadlığı 'qara' gündədir


Sərhədsiz Reportyorlar dünya ölkələrində mətbuat azadlığı indeksini açıqlayıb
Sərhədsiz Reportyorlar dünya ölkələrində mətbuat azadlığı indeksini açıqlayıb

RSF bildirir ki Azərbaycan 180 ölkə içində 162-ci yerdədir

Media azadlığına həm avtoritar rejimlərdə, həm də demokratiya modelləri kimi tanınan ölkələrdə getdikcə daha çox təhlükə yaranır.

Bu barədə Sərhədsiz Reportyorlar Təşkilatı aprelin 26-da hesabatla çıxış edib.

Parisdə mənzillənən təşkilat Ümumdünya Mətbuat İndeksini açıqlayıb. Qurum bildirir ki, indi mətbuat azadlığını təkcə avtoritar rejimlər və diktaturalar pozmur.

RSF-in mövqeyinə görə, cəmi bir il ərzində medianın «yaxşı» və «nisbətən yaxşı» durumda olduğu ölkələrin sayı azalıb. Artıq demokratiya modelləri sayılan ölkələrdə də jurnalistlərin durumunun pisləşdiyi vurğulanır.

RSF bildirir ki Azərbaycan 180 ölkə içində 162-ci yerdədir. Qonşu Gürcüstan 64, Ermənistan 79, Rusiya 148, Türkiyə 155-ci yeri tutublar.

Azərbaycan ötənilki indeksdə 163-cü yerdəydi.

RSF-in illik mətbuat azadlığı indeksinə rəngli xəritə də daxildir. Bu xəritədəki rənglər mətbuat azadlığının durumunu göstərir: ağ rəng – «yaxşı», sarı – «nisbətən yaxşı», narıncı – «problemli», qırmızı – «pis», qara rəng – «çox pis» durumu göstərir. Azərbaycan qara, Gürcüstan və Ermənistan isə narıncı rənglə boyanıblar. İran və Özbəkistanda da media azadlığının günü «qaradır».

Gün ərzində bu indekslə bağlı rəsmilərin, media təmsilçilərinin fikirləri saytımıza yerləşdiriləcək.

RSF bu indeksi 2002-ci ildən bəri açıqlayır. Media azadlığı plüralizm, medianın müstəqilliyi, jurnalistlərin təhlükəsizliyi və azadlığına sayqı meyarları əsasında ölçülür.

180 ölkə arasında 22-ci yeri tutan Kanada ötən ildən bəri indeksdə 4 pillə geriləyib. Birləşmiş Ştatlar iki pillə geriləyərək 43-cü yerdə qərarlaşıb. Hətta adətən RSF-in indeksində öndə gedən Skandinaviya ölkələri belə bir neçə pillə geri düşüblər.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG