Accessibility links

ATƏT Cənubi Qafqaz ölkələrinin hökumətləri üçün media azadlığı tövsiyələri qəbul edib [Video]


ATƏT-in Cənubi Qafqazda KİV azadlığı konfransı

Sənəd “Saxta məlumatlar, dezinformasiya və KİV azadlığı” mövzusunda keçirilən konfransda qəbul edilib

Tbilisidə keçirilən “Saxta məlumatlar, dezinformasiya və KİV azadlığı” mövzusunda 14-cü Cənubi Qafqaz konfransı mayın 11-də region ölkələrinin hökumətləri üçün tövsiyələrin qəbulu ilə başa çatıb.

16 bənddən ibarət sənəd təbliğat və dezinformasiyaya qarşı tədbirləri nəzərdə tutur, informasiya mənbələrinə çatımlılığın təmin olunmasını, plüralist KİV-in formalaşmasını, cəmiyyətin informasiya əldə etməsi üçün şəraitin yaradılmasını, KİV azadlığının məhdudlaşdırılmasına yol verilməməsini, beynəlxalq normalara zidd məhdudiyyətlərin tətbiq olunmamasını, saytların, İP-ünvanların və şəbəkə protokollarının bloklanmasından çəkinməyi, dezinformasiya və təbliğatındəstəklənməsində və yayılmasında dövlətin iştirakına yol verilməməsini tövsiyə edir.

Eyni zamanda ATƏT-in KİV azadlığı üzrə Bürosu Cənubi Qafqazda demokratiya, KİV azadlığı, jurnalistika, vətəndaş cəmiyyəti ilə bağlı dezinformasiya və təbliğatın qarşısının alınmasında birgə təşəbbüslərin hazırlanmasına dəstək olmağı öz üzərinə götürüb.

“Hesab edirik ki, region ölkələrinin nümayəndələri, eləcə də hökumətlər, KİV və cəmiyyət səmərəli diskussiyalardan sonra mühüm sənədi qəbul edə bildilər. Sənədin əsasını dezinformasiya və təbliğatın qarşısının alınması üzrə görüləcək işlər təşkil edir”, - ATƏT-in KİV azadlığı üzrə Bürosunun icraçı direktoru Frane Maroeviç konfransın bağlanışında bildirib.

XS
SM
MD
LG