Accessibility links

Məhkəmə jurnalistə 30 sutka həbs cəzası verdi


Nicat Əmiraslanov

Hələlik, Daxili İşlər Nazirliyinin münasibətini öyrənmək mümkün olmayıb

Qazax rayonunda yaşayan jurnalist Nicat Əmiraslanovun bu gün mayın 23-də saxlanaılaraq, ona 30 sutka inzibati həbs cəzası verildiyi bildirilir.

Bu barədə hüquq müdafiəçisi Bəşir Süleymanlı Amerikanın Səsinə bildirib..

Jurnalistin polisə müqavimətdə günahlandırıldığı güman edilir. Ancaq dostları düşünür ki, bu, əslində onun sosial şəbəkələrdə yazdığı statuslarla bağlıdır.

Qazax rayon Polis Şöbəsindən N.Əmiraslanovun şöbəyə gətirildiyini və orada saxlandığını təsdiq ediblər. Ancaq jurnalistin nədən saxlandığı açıqlanmayıb.

Məsələyə hələlik, Daxili İşlər Nazirliyinin münasibətini öyrənmək mümkün olmayıb.

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) aprelin 20-də Ümumdünya Mətbuat Azadlığı İndeksinə görə Azərbaycan 180 ölkə arasında 163-cü yerdə qərarlaşıb. Rusiya 148, Ermənistan 74, Gürcüstan 64-cü yerləri tutub.

Hesabatda Azərbaycanla bağlı deyilir ki, prezident İlham Əliyev plüralizmin bütün formalarını sıradan çıxarmaqla qane olmayıb, 2014-cü ildən bəri tənqidçilərinə qarşı amansız müharibə aparıb.

XS
SM
MD
LG