Accessibility links

Apellyasiya Məhkəməsi jurnalisti həbsdə saxlayıb [Video]


Apellyasiya Məhkəməsi jurnalisti həbsdə saxlayıb
please wait

No media source currently available

0:00 0:00:41 0:00

İyunun 6-da Bakı Apellyasiya Məhkəməsi hakim İlqar Murquzovun sədrliyi ilə Əfqan Muxtarlı barəsində Bakının Səbael Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib.

Birinci instansiya məhkəməsinin jurnalist barədə seçdiyi 3 aylıq həbs qətimkan tədbiri qərarı qüvvədə saxlanılıb.

Ə.Muxtarlı mayın 29-da Gürcüstanda müəmmalı şəraitdə yoxa çıxıb, növbəti gün Azərbaycanda ona qarşı sərhədi pozma, qaçaqmalçılıq, sərhəd xidmətçisinə qarşı zorakılıq ittihamları irəli sürülüb və həbs olunub.

Muxtarlı ittihamları qəbul eməyib və bildirib ki, Gürcüstanda zorla oğurlanıb Azərbaycan hakimiyyətinə təhvil verilib.

ABŞ Dövlət Departamenti və Avropa İttifaqı Azərbaycan və Gürcüstan hökumətlərini jurnalistin oğurlanması haqqında məlumatları araşdırmağa və Muxtarlını həbsdən azad etməyə çağırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG