Accessibility links

Əfqan Muxtarlı: İnsan oğurluğu ilə məşğul olan dövlətin vətəndaşı olmaq istəmirəm


“Əfqan Muxtarlı insan oğurluğu ilə məşğul olan bir dövlətin vətəndaşı olmaq istəmir. O, oğurlanmasında iştirak edən şəxslərin müəyyən edilib, cəzalandırılmasını xahiş edir”.

Bu barədə vəkil Elçin Sadıqov iyunun 7-də jurnalistlə görüşündən sonra Facebook səhifəsində Muxtarlıya istinadən video yayımda bildirib.

Onun sözlərinə görə, Əfqan Muxtarlı hesab edir ki, Gürcüstan hökuməti onun olduğu və oğurlandığı küçələrdəki, yollardakı video kameraların lent yazılarını media vasitəsi ictimaiyyətə təqdim etməlidir.

“Həmçinin Gürcüstanın Laqodexi rayonunda yerləşən sərhəd-buraxılış məntəqəsindəki video kameralardakı görüntülər də ictimaiyyətə təqdim edilməlidir. Jurnalist hesab edir ki, bu zaman Muxtarlının Azərbaycanın xüsusi xidmət orqanının avtomobilində aparıldığı və onu Gürcüstanın xüsusi xidmət orqanının Azərbaycanın xüsusi xidmət orqanına təhvil verdiyi təsdiqini tapacaq”, vəkil qeyd edib.

Əfqan Muxtarlı Gürcüstanın Azərbaycandakı səfirnin onunla görüşə gəlməsini xahiş edib.

Elçin Sadıqov
Elçin Sadıqov

“Biz xahiş edirik, hüquqi cəhətdən isə tələb edirik ki, Gürcüstanın Azərbaycandakı səfiri Muxtarlı ilə görüşsün. Əfqan Muxtarlının Gürcüstanda oğurlanmasına aydınlıq gətirsin və onun suallarını cavablandırsın”, Sadıqov qeyd edib.

Əfqan Muxtarlı mayın 29-da oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. O, Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Eyni zamanda, jurnalistə 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona da ilkin istintaq dövründə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Muxtarlı məhkəmədə bildirib ki, Gürcüstandan zorla gətirilib, ona işgəncə verilib və cibinə 10 min avro pul qoyulub.

XS
SM
MD
LG