Accessibility links

Jurnalistin apellyasiya şikayəti təmin edilməyib


Əziz Orucov
Əziz Orucov

"Kanal-13" internet televiziyasının icraçı direktoru Əziz Orucov barədə Nəsimi rayon Məhkəməsinin həbs-qətimkan tədbiri qərarından verilən apellyasiya şikayəti təmin edilməyib.

Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi Orucovu Cinayət Məcəlləsinin 192.2.2-ci (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edir.

Nəsimi rayon Məhkəməsinin qərarına görə, Orucov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu günki məhkəmədə Əziz Orucovun özü də iştirak edib.

Vəkil Cavad Cavadov hesab edir ki, müdəfiə etdiyi şəxsə qarşı verilən ittihamlar əsassız və gülüncdür.

“Çünki ona Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə verilmiş ittiham iyun ayından dekriminallaşıb”, o qeyd edib.

Bundan əlavə vəkil deyib ki, 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsindən ümumiyyətlə danışmağa dəyməz.

“Əziz Orucov heç bir qrant müqaviləsinə qol çəkməyib. Hal-hazırda ona verilmiş bu ittiham Qafqaz Media QHT-si ilə bağlıdır. Hansaı ki, jurnalist qrant müqavilələrinin qeydiyyatı üçün heç bir məsuliyyət daşımayıb. Bununla belə o bildirib ki, həmin qrant müqavilələri hər bir halda qeydiyyatdan keçibr“, deyə o bildirib.

Vəkil qeyd edib ki, Ə.Orucovun həbsi "Kanal-13" internet televiziyasının fəaliyyəti ilə bağlıdır.

Cavad Cavadov bununla bağlı Avropa Məhkəməsinə müraciət edəcəyini deyib.

"Kanal 13" internet televiziyası 2008-ci il oktyabrın 10-dan canlı yayımlanır.

"Kanal 13" saytı bildirir ki, özlərini digər efir məkanlarında azad ifadə etməyə imkan tapmayan QHT-lərin, hüquq müdafiəçilərinin, gənclər təşkilatlarının, ictimai birliklərin, digər qurum və təşkilatların nümayəndələrinə söz demək, həmçinin irqindən, dilindən, dinindən, cinsindən, milliyyətindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hamı üçün bərabər efir imkanı yaradır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG