Accessibility links

Dindirmə zamanı jurnalistin anasının səhhəti pisləşib, reanimasiyaya yerləşdirilib


Əziz Orucov
Əziz Orucov

Barəsində həbs qətimkan tədbiri seçilmiş "Kanal 13" İnternet televiziyasının icraçı direktoru Əziz Orucovun anası Almaz Həsənova hazırda 2 saylı Klinik Xəstəxananın reanimasiya şöbəsindədir. Prokurorluqda dindirmə zamanı onun səhhəti pisləşdi. Həkimlərin vaxtında müdaxiləsi olmasa idi 66 yaşlı ana yenidən insult keçirə bilərdi. Bu barədə jurnalistin həyat yoldaşı, "Kanal 13" televiziyasının redaktoru Lamiyə Orucova Ameirkanın Səsinə bildirib.

Kanal 13
Kanal 13

"Kanal-13" internet televiziyasının icraçı direktoru Əziz Orucov mayın 2-də polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə bir ay müddətinə inzibati qaydada həbs edilib. İyunun 2-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi Orucova qarşı Cinayət Məcəlləsinin 192.2.2-ci (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürüb. Nəsimi rayon Məhkəməsinin qərarı ilə Orucov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ə.Orucov ittihamları qəbul etmir və həbsinin "Kanal-13" internet televiziyasının fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Lamiyə Orucova
Lamiyə Orucova

Lamiyə Orucovanın sözlərinə görə, iyunun 22-də saat 15-də 66 yaşlı Almaz Həsənova Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində 3 saat dindirlib. Həsənovanı müstəntiqlər Ramiq Babayev və Orxan Babayev dindirib.

“Məni və vəkil Əlibaba Rzayevi prokurorluğa buraxmadılar. Almaz xanım dəfələrlə vəkilin dindirmədə iştirakının təmin edilməsini tələb etsə də, yenə vəkili onun yanına buraxmadılar. 3 saat dindirildikdən sonra saat 18-də Almaz xanımın təzyiqi və şəkəri qalxdı. Mən məcbur olub təcili tibbi yardım çağırdım. Xəstəxanaya çatdırılanda onun təzyiqi 200-ə qalxmışdı. Həkimlərin vaxtında müdaxiləsi Almaz xanımı ikinci dəfə insult keçirməkdən xilas etdi. Onun səhhəti indi də risk altındadır”, o qeyd edib.

"Kanal 13" internet televiziyası 2008-ci il oktyabrın 10-dan yayımlanır.

"Kanal 13" saytı bildirir ki, özlərini digər efir məkanlarında azad ifadə etməyə imkan tapmayan QHT-lərin, hüquq müdafiəçilərinin, gənclər təşkilatlarının, ictimai birliklərin, digər qurum və təşkilatların nümayəndələrinə söz demək, həmçinin irqindən, dilindən, dinindən, cinsindən, milliyyətindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hamı üçün bərabər efir imkanı yaradır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG