Accessibility links

Jurnalist Meydan TV-yə qarşı cinayət işi üzrə dindirilib


Aynur Elgünəş
Aynur Elgünəş

Jurnalist Aynur Elgünəş iyulun 11-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində 3 saatdan artıq dindirilib.

Bu haqda AzadlıqRadiosu-na jurnalistin özü bildirib.

Onun sözlərinə görə, dindirmə Meydan TV internet resursunun fəaliyyəti üzrə cinayət işi ilə bağlı olub.

"Bu dəfə də (jurnalist əvvəllər də dindirilib) ənənəvi sulları yenidən verdilər. Meydan TV ilə bağlı suallar oldu. İstintaq sirri olduğunu dedikləri üçün açılaya bilmərəm", jurnalist deyib.

Aynur Elgünəş iş üzrə şahid qismində dindirilib. Bununla belə, jurnalist deyib ki, cinayət işinə cəlb edilən bəzi şəxslər onun əleyhinə ifadə veriblər.

"Mənim əleyhimə ifadələr var idi. O, ifadələrlə bağlı suallar oldu. Mən də öz cavablarımda həmin ifadələrin yalan olduğumu bildirdim", A.Elgünəş deyib.

Meydan TV-nin cinayət işi həbsdə olan jurnalist Ə.Muxtarlının işi ilə birləşdirilib.

Bundan əvvəl jurnalistlər İzolda Ağayeva, Sevinc Vaqifqızı, Aytac Əhmədova, Xədicə İsmayıl, İslam Şıxəli, Natiq Cavadlı, Müsavat Partiyasının keçmiş, indiki rəhbərləri İsa Qəmbər, Arif Hacılı və digərləri Ə.Muxtarlı və Meydan TV-nin cinayət işləri üzrə şahid qismində dindiriliblər.

İki il əvvəl, 2015-ci ildə Meydan TV-nin bəzi rəhbər işçiləri ilə bağlı cinayət işinin açıldığı bildirilmişdi. Onda Meydan TV-nin rəhbəri Emin Milli bunları demişdi: "Artıq bəlli olub ki, Meydan TV-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (külli miqdarda vergidən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi açılıb. Hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində 152006048 saylı cinayət işinin istintaqı aparılır".

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izni aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini iddia edir. Dediyinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Ə.Muxtarlıya Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə - hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmə, eləcə də 318.1, 206.1 maddələri ilə -sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə ittiham irəli sürülüb

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG