Accessibility links

Faiq Əmirlinin məhkəməsi şahid ifadələri ilə davam edib


“Azadlıq” qəzetinin maliyyə direktoru özünü təqsirsiz sayır

İyulun 14-də Bakının Səbael rayon Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə “Azadlıq” qəzetinin yayım direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə prosesi şahid ifadələri ilə davam etdirilib.

Bu gün 4 şahid dindirlib. Şahidlərdən ikisi Faiq Əmirlini tanımadığını deyib. İki şahid isə Əmirlini nəşriyyatda görüb. Şahidlər vaxtı ilə “Azadlıq” qəzetində pulsuz elan dərc etdirdiklərini məhkəmənin diqqətinə çatdırıb.

Məhkəmənin növbəti iclası iyulun 17-də keçiriləcək.

Faiq Əmirli 2016-cı il avqustun 20-də saxlanılıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (KİV-dən istifadə etməklə milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub.

2017-ci il aprelin 17-də ona yeni ittihamlar irəli sürülüb - Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə).

Faiq Əmirli ittihamı “gülünc və sifariş” adlandırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG