Accessibility links

Jurnalist işgəncələr barədə bildirir, polis rəisinin müavini ifadə verəcək


İkram Rəhimov
İkram Rəhimov

Avqustun 4-də Sumqayıt Apellyasiya Məhkəməsində jurnalist İkram Rəhimovun işgəncə iddiası üzrə məhkəmə prosesi başlayıb.

Azadlıq radiosunun məlumatına görə jurnalist Sumqayıt şəhər Polis İdarəsində ona işgəncə verildiyini iddia edir. Ancaq əvvəlcə prokurorluq, ardınca isə Sumqayıt şəhər Məhkəməsi bu iddiaları rədd edib.

Sumqayıt Apellyasiya Məhkəməsi şəhər məhkəməsinin qərarından verilmiş şikayətə baxır.

Avqustun 4-də keçirilən prosesdə jurnalistin vəkili Elçin Sadıqov çıxış edib. O, prosesdə baş verənlərlə bağlı AzadlıqRadiosu-na da məlumat verib.

Vəkil dediyinə görə, şəhər məhkəməsinin qərarının qanunsuz olduğunu bildirib. Deyib ki, şəhər məhkəməsi müraciətlərinə onlara xəbər vermədən baxıb.

“Sumqayıt şəhər Məhkəməsinin hakimi İlqar Məmmədov bizə xəbər verməmişdi. Faktiki gizli məhkəmə iclası keçirməklə şikayətimizi təmin etməmişdi”, – deyə vəkil prosesdəki çıxışından sitat gətirib.

O, məhkəmə qarşısında bir neçə vəsatət qaldırdığını da söyləyib. Vəsatətlər deməsinə görə, işgəncənin baş verib-verməməsini aydınlaşdırmaqdan ötrü gərəkli xüsusatların müəyyən edilməsi məqsədi ilə verilib.

Ancaq hakim Fərmayıl Zeynallı vəsatətlərin birini təmin edib. Təmin olunan vəsatətə əsasən, Sumqayıt şəhər Polis İdarəsinin rəis müavini Hikmət Qasımov və idarənin Kənan adlı əməkdaşı məhkəmədə ifadə verməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG