Accessibility links

Jurnalistləri Müdafiə Komitəsi Turan Agentliyinə təzyiqləri dayandırmağa çağırır


CPJ
CPJ

Mərkəzi ofisi Nyu Yorkda qərarlaşan Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan hakimiyyətini ölkənin yeganə müstəqil informasiya agentliyi "Turan"a olan təzyiqlərin dayandırılmasına çağırır.

Bu barədə təşkilatın bəyanatında deyilir.

Komitə həmçinin hakimiyyəti agentliyi represiya qorxusu olmadan işləməyə imkan yaratmağa səsləyib.

Azərbaycanda azad mətbuatın vəziyyəti (Karikatura Gündüz Ağayevindir )
Azərbaycanda azad mətbuatın vəziyyəti (Karikatura Gündüz Ağayevindir )

"Azərbaycan hökuməti dəfələrlə siyasi motivli cinayət ittihamlarını müstəqil və müxalifət mediasını susdurmaq üçün silah kimi istifadə edib. Biz Azərbaycan hakimiyyətini" Turan " İnformasiya Agentliyinə qarşı siyasi motivli istintaqı və müstəqil jurnalistləri “qanun” pərdəsi altında qorxutmağı dayandırmağa çağırırıq", JMK –nin Mərkəzi Asiya üzrə koordinatoru Nina Ognianova deyib.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti "Turan" İnformasiya Agentliyinə cinayət işi açıb. Artıq ibtidai istintaqın başlandığı bildirilir.

Nazirlik, eyni zamanda avqustun 8-də agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Agentlikdən deyiblər ki, vergi yoxlaması Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin onlara 37 min manatdan çox borc hesablanması haqqında verdiyi qərara əsaslanır. Departament hesab edir ki, agentlik gəlirlərini az göstərib. Hər iki departament agentlikdən bütün vergi sənədlərini tələb edirlər.

"Turan" İnformasiya Agentliyi bütün iddiaları təkzib edib. Artıq "Turan" agentliyi vergi yoxlaması ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Məhkəmədən agentliklə bağlı nazirliyin çıxardığı qərarların, o cümlədən səyyar vergi yoxlamasının keçirilməsinin qanunsuz və etibarsız sayılması istənilib.

Agentlik hesab edir ki, bütün bu addımlar onların fəaliyyətinə mane olmaq, işlərini iflic vəziyyətə salmaq məqsədi daşıya bilər.

Avqustun 16-da isə Vergilər Nazirliyinin əməkdaşları "Turan" Agentliyinin ofisinə gəliblər. Onlar 2014-2016-cı illərə aid maliyyə sənədlərini, bir sıra digər sənədləri və mühasibin kompüterini özləri ilə aparıblar. Mehman Əliyev baş verənləri «axtarış» adlandırıb. O deyib ki, seyflər, disklər baxışdan keçirilib. Bəzi əməkdaşların dolablarının belə, yoxlanıldığı bildirilir.

Ancaq Azərbaycan rəsmiləri ölkədə müstəqil KİV-lərin boğulması ilə bağlı fikirləri qəbul etmir. Dövlət rəsmiləri buir qayda olaraq ölkədə media azadlığının tam təmin edildiyini bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG