Accessibility links

Turan Agentliyi fəaliyyətini dayandırır


Turan İnformasiya Agentliyi
Turan İnformasiya Agentliyi

Turan İnformasiya Agentliyi sentyabrın 1-dən fəaliyyətini dayandırır.

Agentliyin kollektivinin yaydığı bəynatda deyilir:

“Turan agentliyinin direktoru Mehman Əliyevin saxlanması və ona qarşı vergidən yayınma ittihamı üzrə cinayət işinin açılması ilə əlaqədar agentliyin bank hesabları dondurulub.

Belə şəraitdə agentliyin normal fəaliyyət göstərməsi çox çətindir.

Yaranmış vəziyyəti nəzərə alaraq, Turan-ın kollektivi sentyabrın 1-dən öz fəaliyyətini qeyri-müəyyən vaxtadək dayandıracaq.

Çalışacağıq ki, yaxın vaxtlarda öz şəxsi vəsaitimiz və entuziazm hesabına saytın işini davam etdirək. Xəbərlərin buraxılışında məhdudiyyətlər olacaq. Bunun nə qədər davam edəcəyini zaman göstərəcək.

Belə çətin anlarda Mehman Əliyevə və bizə dəstək olan hər kəsə təşəkkür edirik”, sənəddə qeyd edilir.

XS
SM
MD
LG