Accessibility links

Avqustun 29-da Bakının Nəsimi rayon Məhkəməsi Kanal 13 İnternet Televiziyasının Bakı bürosunun rəhbəri Əziz Orucov barəsində seçilmiş həbs qətimkan tədbirinin dekabrın 17-dək (3 ay) uzadılması barədə qərar qəbul edib. Bu barədə vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib.

Vəkil qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

“İstintaq orqanı həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etmədi,” vəkil qeyd edib.

İstintaq orqanı həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etmədi.

Onun sözlərinə görə, Əziz Orucov məhkəmədə çıxış edərək istintaq orqanına etiraz edib. O bildirdi ki, həbsdə olması ilə bağlı ümumiyyətlə əsas yoxdur”, Sadıqov deyib.

“Kanal 13" İnternet Telerviziyasının Bakı bürosunun rəhbəri Əziz Orucova mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilib.

Ə.Orucovun inzibati cəzası başa çatan gün - iyunun 1-də ona cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Kanal 13 Azərbaycanda azsaylı müstəqil media portallarından biri idi.
Kanal 13 Azərbaycanda azsaylı müstəqil media portallarından biri idi.

Cinayət işi Ə.Orucovun təsisçisi olduğu "Qafqaz Media Təhqiqatları" İctimai Birliyi və “Kanal 13" ilə bağlıdır.

Jurnalist ittihamları qəbul etmir.

Vergilərdən yayınma, qanunsuz sahibkarlıq və yaxud vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları Azərbaycanda müstəqil jurnalistlərə qarşı hakimiyyət tərəfindən işlədilən əsas ittihamlar sırasındadır. Bu növ ittihamlarla onlarla jurnalist ötən bir neçə ildə azadlıqdan məhrum edilib. Beynəlxalq təşkilatlar bu ittihamları qondarma hesab edir və onların Azərbaycanda mətbuat azadlığını boğmaya yönəldiyini deyir.

XS
SM
MD
LG