Accessibility links

“Şərq Tərəfdaşlığı” daxilində müstəqil medianın problemləri


Ukraynanın paytaxti Kiyevdə “Şərq Tərəfdaşlığı” Proqraml çərçivəsində “Demokratiya və Təbliğat - müstəqil media universal dəyərləri müdafiə edə bilərmi?” mövzusunda konfrans keçirilir.

Avropa İttifaqının təşkilatçılığı ilə keçirilən konfransda Şərq Tərəfdaşlığı ölkələrindən, o cümlədən Azərbaycandan olan media təmsilçiləri, ekspertlər iştirak edir.

Tədbirin açılışında Avropanın genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Hanın video müraciəti dinlənilib.

O, azad medianın vətəndaş cəmiyyətinin inkişafında, ictimai fikrin formalaşmasında böyük rol oynadığını bildirib.

Komissar qeyd edib ki, tədbirin noyabrda Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı sammiti öncəsi çox böyük əhəmiyyəti var. Onun sözlərinə görə, medianın iqtisadi dayanıqlığını təmin etmək bu konfransın əsas mövzularından birini təşkil etməlidir.

Şərq Tərəfdaşlığı ölkələrində medianın problemləri
Şərq Tərəfdaşlığı ölkələrində medianın problemləri

Konfransda Avropa Komissiyasının, Ukraynadakı Avropa İttifaqı missiyasının nümayəndələri, Estoniyanın xarici işlər naziri Sven Mikser, ATƏT-in mətbuat azadlığı üzrə keçmiş nümayəndəsi Dunya Miyatoviç və başqaları iştirak edir.

Miyatoviç deyib ki, problemləri gizlətmək onların daha da artmasına gətirib çıxarır.

“Söz və ifadə azadlığı ilə bağlı bütün yaxşı sözlər kağız üzərindədir. Niyə həmişə insan haqlarını xalça altına salmağa çalışırıq”.

Dunya Miyatoviç Azərbaycanda medianın durumu haqda ayrıca danışıb.

“Azərbaycanı yada salmasam olmaz? Niyə Xədicə İsmayılova kimi jurnalist ölkədən çıxa bilmir? Biz niyə onunla həmişə internet vasitəsilə əlaqə saxlayırıq? Niyə Mehman Hüseynov həbsdədir? Niyə onun qardaşı Emin Hüseynov ölkəsinə qayıda bilmir. Mən başa düşürəm ki, diplomatiya anlayışı var, amma insanlar əzab çəkəndə diplomatik olmaq olmaz. Çünki bu vəziyyətdə biz demokratiyadan danışa bilmərik. Biz problemlər haqda daha açıq danışmalıyıq. Cəmiyyətlərin təhlükəsizliyi kimi bəhanələr buna mane olmamalıdır. Söz azadlığının pozulduğu ölkələrdə özünüsenzura güclənir. Siz özünüzə, yaxınlarınıza və dostlarınıza görə qorxursunuz”.

Müzakirələr daha sonra plenar sessiyalar çərçivəsində davam etdiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG