Vergilər Nazirliyi Turan agentliyinə qarşı vergi borcunu ötən həftə ləğv etdikdən sonra agentliyin bank hesabları sentyabrın 18-də açılıb. Bu barədə Turan agentliyi məlumat yayıb.
Eyni zamanda, agentliyə qarşı qaldırlmış cinayət işinə xitam verilib-verilməməsi barədə nazirlik rəsmi məlumat vermir.
Beləliklə, agentliyin normal işinin təmin edən şərait hələ ki, yaradılmayıb.
Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamenti bu ilin avqustunda Turan agentliyinə qarşı 37 min manat əlavə vergi hesablayıb və cinayət işi qaldırıb. Sentyabrın 12-də nazirlik qeyd olunan mənləğlə bağlı qərarını ləğv edib.
Turan agentliyinin avqustun 24-də həbs edilmiş direktoru Mehman Əliyev isə sentyabrın 11-də azadlığa buraxılıb.