Accessibility links

Əfqan Muxtarlı "Pavel Sheremet " mükafatı alıb


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu (EAP CSF) Azərbaycanda həbsdə olan jurnalist Əfqan Muxtarlını EAP CSF-nin “Pavel Sheremet Jurnalistika Mükafatı - 2017”-nin qalibi elan edib.

Bu barədə forumun məlumatında bildirilir.

Forum İcra Komitəsi qeyd edir ki, Ə.Muxtarlı 2017-ci ildə bölgədə ifadə azadlığı sahəsində cəsarətli fəaliyyət göstərib.

Məlumatda həmçinin vurğulanır ki, Ə.Muxtarlı ifadə azadlığı sahəsində, fəal insanların məruz qaldığı basqıların ictimailəşdirilməsində cəsarətli fəaliyyət göstərib və hazırda həbsdədir.

“Pavel Sheremet Jurnalistika Mükafatı - 2017”-nin təqdimat mərasimi oktyabrın 26-da Estoniyanın paytaxtı Tallin şəhərində keçiriləcək. Həmin tarixdə Tallində Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 9-cu İllik Assambleyası keçiriləcək.

Gürcüstandan oturum izini alan jurnalist Ə.Muxtarlı mayın 29-u müəmmalı şəkildə həbs edilib. Ə.Muxtarlının bildirdiyinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib. Onun dediyinə görə, sərhəddə cibinə 10 min avro da qoyulub.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Sonra həbs müddəti artırılıb.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının da müəllifi idi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG