Accessibility links

Vergilər Nazirliyi yenidən “Turan”ın hesabını açıb


Turan İnformasiya Agentliyi
Turan İnformasiya Agentliyi

Bu gün ölkə ictimaiyyəti Nazirliyin yeni sürprizi ilə üzləşib. Belə ki, saat 14-də Vergilər Nazirliyindəki mənbə "Report" Agentliyinə bildirib ki, oktyabrın 2-də "Turan" İnformasiya Agentliyinin bank hesablarına həbs qoyulması proqram təminatında texniki nasazlığın nəticəsidir.

""Turan" Agentliyinin bank hesablarına həbs qoyulması məhz bu səbəbdəndir və dərhal bu nasazlıq aradan qaldırılaraq sərəncam geri götürülüb", - deyə məlumatda bildirilir.

"Turan" Agentliyi bildirir ki, nasazlığın dərhal aradan qaldırılmasından söhbət gedə bilməz, belə ki, hesablar azı üç gün bağlı olub.

"Qeyd edək ki, Vergilər Nazirliyinin sistemində bu cür "səhvlər" son 3 həftədə minimum üç dəfə baş verib.

Hətta 7 avqust tarixli 37 min manat məbləğində vergi iddiası 11 sentyabr tarixli elektron qərarla ləğv edilib, amma dörd gün sonra yenidən bərpa edilib. Amma nazirlik o zaman proqram təminatının nasazlığından söz açmadı.

Oktyabrın 5-də Bakı vaxtı ilə saat 15-də banklar agentliyin hesablarının açıldığını təsdiq ediblər", Turanın məlumatında deyilir.

XS
SM
MD
LG