Accessibility links

RATİ Ukrayna hakimiyyətini jurnalisti dərhal azad etməyə çağırıb


Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun logosu
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun logosu

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Kiyevdə Azərbaycanlı müxalif jurnalist Fikrət Hüseynlinin saxlanılması ilə bağlı dərin narahatlığını ifadə edib və Ukrayna hakimiyyətini onu dərhal azad etməyə çağırıb.

RATİ Fikrət Hüseynlinin oktyabrın 14-də İnterpol-un Azərbaycan hakimiyyəti tərəfindən verilmiş sorğusu əsasında Ukrayna sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılmasını siyasi motivli hesab edir.

"Ukrayna hakimiyyətinin Azərbaycanlı müxalif jurnalisti Azərbaycan hakimiyyətinin istəyilə saxlaması Ukraynanın Avropa Şurası və ATƏT-ə üzvlük çərçivəsində riayət etmək öhdəliyi götürdüyü ifadə azadlığının müdafiəsi üzrə ümumavropa dəyərlərinə ciddi zərbə vurur", RATİ-nin icraçı direktoru Emin Hüseynov belə hesab edir.

Ukrayna sürgündə yaşayan jurnalistlərin həbsi təcrübəsinə son qoymalı və Fikrət Hüseynlini və Ukraynada saxlanılan özbək jurnalist Narzullo Oxundjenovu dərhal azad etməlidir.

RATİ Fikrət Hüseynlinin 2015-ci ildən vətəndaşı olduğu Niderland hakimiyyətini onun tezliklə azad edilməsinə əlindən gələn köməkliyi göstərməyə, habelə bu məsələni Avropa Şurasında qaldırmağa çağırıb.

Bəyanatda Avropa Parlamenti araşdırmaçı jurnalist Əfqan Muxtarlının Gürcüstanda oğurlanmasından və qanunsuz olaraq Azərbaycana ekstradisiya olunmasından sonra olduğu kimi, Azərbaycanda ifadə azadlığı sahəsində vəziyyətə yenidən baxmağa çağırılır.

RATİ Avropa Şurası, ATƏT və Avropa İttifaqını avtoritar rejimlərin məcburi olaraq siyasi mühacirətdə yaşayan dissidentlərin həbsi üçün beynəlxalq hüquq mexanizmlərimdən sui-istifadəsinə imkan verməməyə çağırıb.

İnterpol mexanizmlərinin köməyilə tənqidçilərin təqibindən sui-istifadə faktlarının sıxlaşması fonunda RATİ beynəlxalq ictimaiyyəti İnterpol-dan transmilli siyasi mübarizə aləti kimi istifadəni istisna etmək üçün bu beynəlxalq təşkilatda təxirəsalınmaz islahatlar aparmağa çağırıb.

RATİ Azərbaycan hakimiyyətini jurnalistlərin təqibinə son qoymağa və həbs edilmiş jurnalistləri, blogerləri və yazıçıları, vətəndaş fəallarını həbsxanalardan azad etməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG