Accessibility links

Əfqan Muxtarlının şikayəti təmin edilməyib


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Oktyabrın 23 də Bakı Apellyasiya Məhkəməsi həbsdəki jurnalist Əfqan Muxtarlının şikayətini rədd edib.

Bu haqda vəkil Zübeydə Sadıqova bildirib.

Vəkil sözlərinə görə, şikayət jurnalistin həbs müddətinin artırılması barədə məhkəmə qərarından verilib.

Z.Sadıqova deyib ki, Əfqan Muxtarlı da prosesdə çıxış edib.

“Mənə qarşı istintaq təcridxanasında ayrı-seçkilik edirlər. Yaxınlarımla telefonla danışmaq hüququmu məhdudlaşdırıblar. Yaxınlarımla görüşməyə də icazə vermirlər. Bütün bunlar mənim əsassız həbs edilməyimi təsdiqləyir”, vəkil Muxtarlıya istinadən deyib.

Vəkilin sözlərinə görə, Ə.Muxtarlı sağlıq durumundakı problemlərdən də bəhs edərək, həbs müddətinin artırırılması ilə bağlı qərarın ləğvini istəyib.

Vəkil bildirir ki, məhkəmə heyəti şikayəti rədd edərək Nəsimi Rayon Məhkəməsinin jurnalistin həbs müddətinin dekabrın 20-dək artırmasına dair qərarı qüvvədə saxlayıb.

Z.Sadıqova məhkəmənin qərarından Avropa Məhkəməsinə şikayət edəcəyini bildirib.

Jurnalist Əfqan Muxtarlı Gürcüstandan oturum izini alıb, amma bu il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib, üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər. Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur.

XS
SM
MD
LG