Accessibility links

Fikrət Hüseynli zaminə buraxıldı


Jurnalist Fikrət Hüseynlini Kiyevin Lukyanov şəhər Məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai fəal Boris Zaxarovun zaminliyinə verib. Fikrət Hüseynli məhkəm zalından azadlığa buraxılıb. Bu barədə Ukrayna Ali Radasinin deputati Nikola Knyajitski Facebook səhifəsində yazıb.

Kiyevin Lukyanov şəhər Məhkəməsində azərbaycanlı jurnalist Fikrət Hüseynlinin həbsdən azad edilməsi ilə bağlı məsələyə baxıb. Bu barədə məhkəmə zalında olan fəal Səid Nuri Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, məhkəmə dövlət ittihamçısının Hüseynlinin Azərbaycan ekstradisiya edilməsi ilə bağlı vəsatətini rədd edib.

Vəkil Dmitri Mazuka və Ukrayna Ali Radasinin deputati Mikoli Knyajitski jurnalisti zaminə götürməklə bağlı məhkəməyə müraciət edib. Məhkəmə vəsatəti müzakirə etmək üçün məşvərətə getdikdən sonra qərar qəbul edib.

Hüseynli oktyabrın 14-də Kiyevdən Düsseldorfa gedərkən Borispol hava limanında Ukrayna Sərhəd Xidməti tərəfindən Azərbaycanın sorğusu ilə İnterpol-un "qırmızı bildirişlər" sisteminə daxil edilmiş axtarış əsasında saxlanılıb. O, Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq və sərhəddi qanunsuz keçmək maddələri ilə ittiham olunur.

Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi azərbaycanlı jurnalistə 18 sutka həbs verib.

Fikrət Hüseynli ittihamları qəbul etmir, siyasi sifariş hesab edir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG