Accessibility links

Bloger 30 sutka həbs edilib (Yenilənib)


Natiq Sadıqlı
Natiq Sadıqlı

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə AXCP fəalı Namiq Sadıqlı 30 sutka inzibati qaydada həbs edilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə təqsirli bilinib.

Bu barədə Amerikanın Səsinə AXCP-dən bildiriblər. Partiyadan deyiblər ki, müdafiə tərəfi həbsdən şikayət verəcək.

***

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, videobloger Namiq Sadıqlı noyabrın 30-da saxlanılıb. 5 nəfər mülki geyimli şəxs fəalı evindən aparıb. O hazırda Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində saxlanılır.

Bu barədə AXCP-dən Amerikanın Səsinə bildiriblər.

N.Sadıqlı İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə ittiham edilir.

İttihama görə onu cərimə və ya bir ayadaək inzibati həbs gözləyir.

AXCP fəalın saxlanılmasının səbəbini sosial şəbəkələrdə yaydığı tənqidi video materlları ilə izah edir.

Bu gün Nəsimi rayon Məhkəməsi fəala qarşı irəli sürülmüş ittihama baxacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Texasda baş verən fırtına ən azı 4 nəfərin həyatına son qoyub
please wait

No media source currently available

0:00 0:11:23 0:00
XS
SM
MD
LG