Accessibility links

Jurnalist Əziz Orucov 6 il azadlıqdan məhrum edilib


Əziz Orucov
Əziz Orucov

Vəkil hesab edir ki, məhkəmənin bu hökmü əsassızdır

Dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə "Kanal-13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Cavad Cavadovun Amerikanın Səsinə verdiyi məlumata görə, məhkəmə hökmünə əsasən Ə. Orucov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Vəkil hesab edir ki, məhkəmənin bu hökmü əsassızdır və apellyasiya şikayəti veriləcək.

Cavad Cavadov deyir ki, Ə.Orucov son sözlə çıxış edib və ittihamları qəbul etmədiyini deyib.

Əziz Orucov 2014-cü ildə yerli və xarici QHT-lərə qarşı cinayət işi çərçivəsində məsuliyyətə cəlb edilib.

O, Cinayət Məcəlləsinin 192.2.2 (külli miqdarda mənfəət əldə etməklə qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham olunub. Həmin maddələr üzrə maksimum cəza 8 ilədək azadlıqdan məhrumetmədir.

XS
SM
MD
LG