Accessibility links

“Sərhədsiz Reportyorlar”: 2017-ci ildə 65 jurnalist həlak olub, 326 jurnalist həbsdədir


Sərhədsiz Reportyorlar-media azadlığı
Sərhədsiz Reportyorlar-media azadlığı

“Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı başa çatmaqda olan ildə dünyada jurnalistlərə qarşı repressiyalara dair hesabatını dərc edib.

Təşkilatın məlumatına görə, 2017-ci ildə 65 jurnalist həlak olub. Hazırda 326 jurnalist həbsdədir, 54 nəfər isə girovdur. Həlak olan jurnalistlərin 60 faizi qəsdən öldürülüb.

Eyni zamanda qurum qeyd edir ki, son 14 il ərzində 2017-ci il peşəkar jurnalistlər üçün (50 nəfər) ən pis il olub. 2012-ci ildən başlayaraq həlak olanların sayında azalma müşahidə edilir. Jurnalistlər onlar üçün təhlükəli olan Suriya, Yəmən və ya Liviya kimi ölkələri tərk edirlər. Ancaq təşkilat jurnalistlərin müdafiəsinin vacib olmasına diqqətin artdığını da qeyd edir. Belə ki, 2006-cı ildən başlayaraq BMT-də bu mövzuda bir neçə qətnamə qəbul edilib, bəzi redaksiyalarda təhlükəsizlik standartları qəbul edilib.

Bu azalma öldürülmüş qadın jurnalistlərə aid deyil. Başa çatmaqda olan il onların sayı iki dəfə çox olub - 10 qadın (2016-cı ildə 5 nəfər). Onların əksəriyyəti ümumi xüsusiyyətlərə malik olub, təcrübəli və döyüşkən ruha malik olublar. Hədələrə baxmayaraq, onlar Dafne Karuana Qalisiya (Malta), Qauri Lankeş (Hindistan) və ya Miroslava Briç Veldusea (Meksika) kimi öz araşdırmalarını davam etdiriblər, korrupsiya, ekstremizm və ya narkotrafik faktlarını açıqlayıblar.

2017-ci ildə daha bir tendensiyanı qeyd etmək lazımdır. Bəzi ölkələr jurnalistlər üçün müharibə zonaları qədər təhlükəli olub. Öldürülən jurnalistlərin 46 faizi elan edilmiş hərbi münaqişələrin aparılmadığı ölkələrdə olub. 2016-cı ildə bu rəqəm 30 faiz olub. Hazırda Meksikada həlak olanların sayı (11) demək olar ki, reportyorlar üçün ən təhlükəli ölkə olan Suriyada olduğu kimidir (12).

“Korrupsiya və ya ekoloji qalmaqalları araşdıran jurnalistlər hakimiyyətə əks mövqedə olduqları üçün onları qorxaqcasına öldürürlər”, “Sərhədsiz Reportyorlar”ın baş katibi Kristof Deluar təəssüflə qeyd edib. Hətta dinc şəraitdə olan bəzi ölkələrdə də araşdırma ilə məşğul olmaq silahlı toqquşmaların getdiyi zonalarda reportaj aparmaq kimi təhlükəlidir. Bu həyəcanlı vəziyyət jurnalistlərin müdafiəsinin vacibliyini bir daha xatırladır”, o vurğulayıb.

2017-ci il dekabrın 1-i üçün peşə fəaliyyətinə görə 326 jurnalist həbsdə olub. Bu rəqəm bu il bir qədər azalıb (6 faiz). Baxmayaraq ki, ümumilikdə azalma tendensiyası müşahidə olunur, bəzi ölkələrdə həbsdə olan jurnalistlərin sayında artım var. Məsələn, Rusiya və Mərakeş. Bütün dünya üzrə həbs edilən jurnalistlərin yarıya qədəri beş ölkənin payına düşür. Jurnalistlər üçün ən böyük həbsxana əvvəlkitək Çin, Türkiyə, Suriya, İran və Vyetnam olaraq qalır.

Hazırda 54 jurnalist silahlı qruplaşmalar tərəfindən saxlanılır. Bu qrupların arasında İslam dövləti və ya Yəməndə hutilər var. Girovların dörddə üç hissəsi yerli jurnalistlərdir, onlar təhlükəli və güvənsiz yerlərdə çalışırlar. Hazırda girovluqda olan əcnəbi jurnalistlər Suriyada oğurlanıblar. Ancaq onların yerini müəyyən etmək mümkün olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG