Hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlının ailəsində faciə baş verib.
APA-nın xəbərinə görə, həmin ünvanda kirayədə yaşayan Zaqatala rayonu Aşağı Tala kənd sakini Nuranə Sabir qızı Muxtarlının, onun bir azyaşlı övladının və qardaşı Ramazanın azyaşlı övladının meyitləri aşkar edilib.
Xəbərdə qeyd edilir ki, hadisə baş verən zaman mənzildə Nuranə Muxtarlının daha bir azyaşlı övladı olub, o, sağ qalıb.
Hüquq mühafisə orqanlarının ilkin ehtimalına görə, ölümlər dəm qazından baş verib
Əfqan Muxtarlının bacısı və başqa doğmalarının dəfnində iştirak etməkdən ötrü müvəqqəti həbsdən buraxılmasını istəyir.
Bu barədə jurnalist Mustafa Hacıbəyli məlumat yayıb.
Mustafa Hacıbəylinin bildirdiyinə görə, Əfqan Muxtarlı həbsdən zəng vurub.
Vəkil Elçin Sadıqov Əfqan Muxtarlının dəfndə iştirak etməsi üçün Penitensiar Xidmətə müraciət edib. Vəkil Meydan TV-yə deyib ki, "hazırda Penitensiar Xidmətə gedirəm və hələlik dəfndə iştirakına icazə verilməyib".
Rəsmi olaraq isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilmir.
Gürcüstanda oturum izni alan jurnalist Əfqan Muxtarlı mayın 29-da Tbilisinin mərkəzindən müəmmalı şəkildə Azərbaycana gətirilib. Muxtarlının sözlərinə görə, Gürcüstanın kriminal polis işçiləri Azərbaycanın hüquq-mühafizə orqanları ilə birgə onu oğurlayıb.
Sərhəddən keçərkən onun cibinə 10 min avro qoyublar və qaçaqmalçılıqda ittiham ediblər.
Ertəsi gün Əfqan Muxtarlı Bakıya gətirilib. Məhkəmə onu Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham edərək həbs edib: 315 (hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhəddi qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq).
Hazırda isə jurnalistin Balakən Rayon Məhkəməsində (Bakıdan 441 kilometr şimal-qərb) məhkəmə prosesi gedir.