Accessibility links

Müşfiq Ələsgərli: Əmək müqaviləsində göstərilənlərlə jurnalistlərin real maaşları arasında fərqlər var [Audio-Müsahibə]


Müşfiq Ələsgərli
Müşfiq Ələsgərli

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərlinin Amerikanın Səsinə müsahibəsi

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli Amerikanın Səsinə müsahibəsində Azərbaycan jurnalistlərinin 2017-ci ildə sosial durumlarının öyrənilməsi üzrə sorğunun nəticələrindən danışıb.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:08:26 0:00

Onun sözlərinə görə, 2017-ci ildə ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında çalışan jurnalistlərin aylıq gəlirləri redaksiyaların durumuna görə dəyişsə də, minimal və maksimal məbləğləri müəyyənləşdirmək mümkün olub.

Rəyi soruşulanların bir qismi 350-450 manat (6 %), 550-600 manat (56 %), 700-900 manat (30 %), 1000-1100 manat civarında (8 %) aylıq gəlir əldə etdiklərini bildirib.

“Bu kateqoriya üzrə rəyi soruşulanların bir qismi 350-450 manat (sorğu iştirakçılarının 6 faizi), 550-600 manat (sorğu iştirakçılarının 56 faizi), 700-900 manat (sorğu iştirakçılarının 30 faizi), 1000-1100 manat (sorğu iştirakçılarının 8 faiz) civarında aylıq gəlir əldə etdiklərini bildirib. Ümumrespublika yayımlı həftəlik qəzetlərdə çalışan jurnalistlərin aylıq gəlirləri 250-400 manat aralığında dəyişir. Regional qəzetlərdə çalışan jurnalistlərin orta aylıq gəlirləri 160-400 manat aralığında dəyişir. Rəyi soruşulanlar 160-200 manat (sorğu iştirakçılarının 48 faizi), 200-250 manat (sorğu iştirakçılarının 37 faizi), 300-400 manat (sorğu iştirakçılarının 15 faizi) civarında əmək haqqı aldıqlarını bildirib. Regional televiziyalarda çalışan jurnalistlərin aylıq gəlirləri 250- 400 manat aralığında dəyişir,” o qeyd edib.

Əmək müqavilələrində heç də həmişə reallıqlar əks olunmur, deyə Müşfiq Ələsgərli bildirir.
Əmək müqavilələrində heç də həmişə reallıqlar əks olunmur, deyə Müşfiq Ələsgərli bildirir.

Sorğuya ictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən ümumrespublika yayımlı 15 qəzet və 4 televiziya redaksiysının, 5 informasiya agentliyinin, 20 xəbər portalının, həmçinin 3 həftəlik qəzetin, 10 regional qəzet və TV-lərin əməkdaşları cəlb ediliblər (ümumilikdə 57 redaksiya əhatə olunub).

“Sorğuda hansı səbəbdən jurnalistlərin aylıq əmək haqqı yox, gəlirləri yazılıb? Jurnalistlərin aylıq əmək haqları ilə gəlirləri arasında fərqlər çoxdur?”- sualının cavabında Ələsgərli bildirib ki, jurnalistlər stabil aylıq əmək haqqı və yazılarına görə qonorarlar alırlar.

“Sorğuda gəlir deyəndə, stabil əmək haqları ilə qonorarların cəmi nəzərdə tutulur,” o, qeyd edib.

JuHİ sədri jurnalistlərin gəlirləri ilə vergi hesabatları arasında fərqlərlə bağlı sualın cavabında deyib ki, sorğuda əmək müqavilələrinin bağlanması və əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı bənd var.

“Hazırda sorğuda iştirak edənlərin 93 faizi əmək müqaviləsi bağladığını bildirib. Qüsur odur ki, əmək müqavlələrində heç də həmişə reallıqlar əks olunmayıb. Reallıqlar əks olunmayıb deyəndə, biz nəzərdə tuturuq ki, orada jurnalistin göstərilən əmək haqqı ilə aldığı maaş arasında fərq var. Jurnalistin reallıqda aldığı əmək haqqı daha yüksəkdir, onun rəsmiləşdirilməsində isə əmək haqqı aşağı göstərilir. Təbii ki, əgər əmək müqaviləsində əmək haqları real maaşlardan az göstərilirsə vergi və sosial müdafiə fonduna ödənişləri də az göstərirlər,” Ələsgərli bildirib.

2002-2003-cü illərdə jurnalistlərin 83 faizi əmək müqavilələri olmadan fəaliyyət göstərirdisə, indi sorğuda iştirak edənlərin 93 faizi əmək müqaviləsi bağladığını bildirib

O işəgötürənlərin əmək qanunvericiliyini bu cür pozduqlarını müəyyən etsə də hələ məhkəmələrə müraciət etməyib.

“Bizim imkanlarımız hazırda o səviyyədədir ki, bu faktları ictimailəşdiririk”.

JuHi sədrinin fikrincə, faktları ictimailəşdiməklə də yüksək nəticələrə nail olublar.

“Əgər 2002-2003-cü illərdə bu faktları ictimailəşdirəndə jurnalistlərin 83 faizi əmək müqavilələri olmadan fəaliyyət göstərirdisə, indi sorğuda iştirak edənlərin 93 faizi əmək müqaviləsi bağladığını bildirib,” o, qeyd edib.

XS
SM
MD
LG