Accessibility links

Jurnalistin ailəsi ilə görüşünə imkan verilmir


Əziz Orucov

Kanal-13 internet televiziyasının həbsdə olan direktoru Cavad Cavadovun vəkili istintaq təcridxanasında müvəkkilinin hüquqlarının pozulduğunu bildirib.

Hökmdən sonra iki aya yaxın vaxt keçməsinə baxmayaraq, onun ailə üzvləri ilə açıq görüşlərinə icazə verilmir. Orucov onlarla yalnız şüşə arakəsmə arxasından danışa bilir.

Vəkilin sözlərinə görə, şüşə arakəsmə arxasından görüşlərə ibtidai istintaq və məhkəmə istintaqı zamanı yol verilir.

"Əziz Orucov artıq məhkumdur və indi ailə üzvləri ilə birbaşa görüşmək hüququna malikdir. Orucovun hüquqlarının məhdudlaşdırılması milli qanunvericiliyə və Avropa İnsan Hüquqları Məhkəməsinə ziddir", vəkil qeyd edib.

Əziz Orucov 2017-ci ilin mayında qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs edilib. O, özünü təqsirli bilməyib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Dekabrın 15-də məhkəmə Əziz Orucovu 6 il müddətinə azadlıqdan məhrum edib.

ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir 2017-ci il dekabrın 18-də Azərbaycan hakimiyyətini Kanal-13-ün icraçı direktoru Əziz Orucov barəsində hökmə yenidən baxmağa, habelə bütün müstəqil KİV jurnalistlərinin azadlığına və təhlükəsizliyinə qarşı qəsdlərə son qoymağa çağırıb.

XS
SM
MD
LG