Accessibility links

Azərbaycan jurnalistlərinin 7-ci qurultayı keçiriləcək


Martın 10-da Azərbaycan jurnalistlərinin 7-ci qurultayı keçiriləcək. Qərar Mətbuat Şurasının İdarə Heyətinin fevralın 5-də keçirilən toplantısında qəbul olunub.

Bu barədə Mətbuat Şurasının press-relizində bildirilir.

Qərara əsasən, şuraya üzv gündəlik qəzetlər, informasiya agentlikləri qurultayda 2, həftəlik, aylıq qəzetlər, bölgə nəşrləri, jurnallar, jurnalist təşkilatları və internet informasiya saytları 1 nümayəndə ilə iştirak edəcək.

Qurultayda Mətbuat Şurasının 17 əsas və 5 ehtiyat üzvünün seçilməsi planlaşdırılır. 17 əsas üzvdən 8-i jurnalistləri, 6-sı ictimaiyyəti, 3-ü isə internet informasiya resurslarını təmsil edəcək. Ehtiyat üzvlərdən 2-si jurnalistlərdən, 2-si ictimaiyyətdən, 1-i internet informasiya resurslarından olacaq.

İdarə Heyəti şuraya üzv təşkilatların üzvlük haqlarını ödəməsi məsələsini də müzakirə edib. Qərara alınıb ki, üzvlük haqlarını ödəməyən təşkilatların qurultayda iştirakına yol verilməsin.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG