Accessibility links

Əfqan Muxtarlı vaxtından əvvəl təcridxanaya qaytarılıb


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Əfqan Muxtarlı yaxınlarının yas mərasimində iştirak etməsi üçün ona verilmiş iki günlük vaxt başa çatmamış geri çağırılıb.

Bu barədə Ameirkanın Səsinə vəkil Nemət Kərimli bildirib.

Onun sözlərinə görə, Əfqan Muxtarlıya yaxınlarının 40 mərasimində iştirak etməsi üçün verildiyi vaxt fevralın 10-da başa çatsa da, bu gün geri, təcridxanaya çağırılıb.

“Bu hakimiyyətin qeyri-humanistliyindən irəli gəlir. Jurnalistin nə üçün vaxtından əvvəl geri çağırılmasının səbəbləri barədə izahat verilməlidir”, vəkil qeyd edib.

Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva da bu barədə özünün facebook səhifəsində yazıb:

“Əfqanı bu gün təcridxanaya qaytarırılar. Penitensiar Xidmətdən zəng gəlib ki, saat 4-də Şəki istintaq təcridxanasına aparılsın. Halbuki, sabah səhər 8-də qaytarılmalı idi. Ona iki günlük icazə vermişdilər. Amma, azadlıqda qalmasına bircə gün də dözmədilər. Bu da onu göstərir ki, ona qarşı daha sərt və qəddar davranırlar və bu davranışı davam etdirəcəklər”, Mustafayeva yazıb.

Xatırlatma

Jurnalist Ə.Muxtarlı 2017- ci il mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunub.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edib ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil.

Bu ilin yanvarında o, məhkəmənin qəararı ilə 6 il həbs cəzası alıb.

Ə.Muxtarlı ittihamları rədd edərək, həbsini "siyasi sifariş" adlandırıb.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının müəllifidir.

Ə.Muxtarlı ilə bağlı Gürcüstanda da istintaq aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib edib. Bununla belə, istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG