Accessibility links

Əfqan Muxtarlının apellyasiya şikayətinə ilkin baxış olub


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Fevralın 20-də Şəki Apellyasiya Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə həbsdə olan jurnalist Əfqan Muxtarlının apellyasiya şikayətinə ilkin baxış olub, məhkəmə baxışı martın 2-nə təyin edilib.

Bu barədə Amerikanın Səsinə vəkili Nemət Kərimli bildirib.

“Məhkəmə prosesin qismən məhkəmə istintaqı və əlavə sübutların tələb edilməsiylə keçirilməsi barədə vəsatətimizi təmin etdi. Vəkil Elçin Sadıqovla birgə həm apellyasiya şikayətimizdə, həm də şikayətə əlavəmizdə məhkəmə istintaqının keçirilməsi və əlavə sübutların tələb edilməsi ilə keçirilməsi barədə 14 vəsatət vermişdik. Məhkəmə istintaqının hədlərini də göstərmişdik. Bu gün məhkəmə baxışının qismən məhkəmə istintaqı ilə keçirilməsi barədə qərar verilsə də, onun hədləri ilə bağlı məsələ qeyri-müəyyən qaldı”, o qeyd edib.

Jurnalist Əfqan Muxtarlı 2017- ci il mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etməkdə ittiham olunub.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edib ki, Əfqan Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil.

Bu ilin yanvarında o, məhkəmənin qəararı ilə 6 il həbs cəzası alıb.

Əfqan Muxtarlı ittihamları rədd edərək, həbsini "siyasi sifariş" adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG