Accessibility links

Azərbaycanda yeni televiziya - Real TV fəaliyyətə başlayır


REAL TV-nin kollektivi
REAL TV-nin kollektivi

Martın 5-də Milli Televiziya və Radio Şurası (MTRŞ) “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verib.

Yerli medianın məlumatına görə, “REAL Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (REAL TV) baş direktoru Mirşahin Ağayevdir.

Mirşahin Ağayev ölkədə tanınmış jurnalistlərdəndir. O, 2016-cı ildə bağlanmış ANS televiziyasının vitse-prezidenti olub. REAL TV-nin kollektivinin bir qrupu sosial şəbəkələrdə fotolarını yayıb. Onların hamısı ANS televizyasının əməkdaşları olub.

Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyədə 2016-cı ildə 15 iyul hadisələrindən sonra ANS-in efirində Fətullah Gülənin müdafiəsinə yönəlik, terrora çağırış xarakterli materialların yayımlandığını iddia edərək, 18 iyul 2016-cı ildən etibarən bu kanalın yayımını dayandırıb. Şura daha sonra ANS-ə 25 oktyabr 2013-cü ildə verilmiş lisenziyanın ləğvi üçün məhkəməyə müraciət edib. Məhkəmə iddianı təmin edib. Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb.

XS
SM
MD
LG