Accessibility links

Media klubun yaradılması ideyası irəli sürülüb


Azərbaycan jurnalist birliyinin nümayəndələri Media klubun - media məkanının mühüm problemlərini həll etməyə, KİV sahəsində qərar və təklifləri hazırlamağa qadir olan məşvərətçi platformanın yaradılmasını qərara alıb.

Media klubun yaradılması ideyası martın 30-da Turan agentliyində bir sıra KİV xadimlərinin iştirakı ilə keçirilən məsləhətləşmələrin nəticəsində irəli sürülüb.

Görüşdə "Yeni Nəsil" Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev, media üzrə ekspert və jurnalist Qulu Məhərrəmli, qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət, xural.com saytının baş redaktoru Əvəz Zeynallı, aztoday.az saytının baş redaktoru Elmidar Əliyev, "Azadlıq" qəzetinin redaktoru Rövşən Hacıbəyli, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev iştirak edib.

"İnformasiya məkanında vəziyyət pis olaraq qalır, düşmənçilik dilində danışmaq, aqressiya üstünlük təşkil edir, peşə-etik normalar pozulur, ifadə azadlığına ziyan dəyir", A.Əliyev bildirib.

Bir tərəfdən, informasiya-texnologiya sahəsində mühüm irəliləyişlər nəzərə çarpır, digər tərəfdən, diskreditasiya, böhtan, təhqir və zorakılığın təbliği üçün informasiyadan istifadə olunması daha böyük miqyas alır.

Z.Əzəmətin fikrincə, bu hal ənənəvi KİV-in sıxışdırılması siyasətinin nəticəsində mümkün olub. Praktiki olaraq, informasiya meydançaları öz mövcudluğunu dayandırıb.

"Bu gün media məkanında müşahidə edilən aqressiya sivil formada ifadə azadlığının sıxışdırılması cəhdlərinə cavabdır", Q.Məhərrəmli bildirib.

Media klubun təşəbbüsçüləri hesab edirlər ki, informasiya mühitində inkişaf etməkdə olan neqativ proseslər dağıdıcı xarakter daşıyır və ümumilikdə cəmiyyətə mənfi təsir göstərir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG