Accessibility links

Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib


Balakişi Qasımov
Balakişi Qasımov

İTV Yayım Şurasının mayın 11-də keçirilən iclasında telekanalın baş direktoru Cəmil Quliyevin səlahiyyətlərinə xitam verilib. Bu barədə İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasının məlumatında deyilir.

Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib.

Balakişi Qasımov 20 oktyabr 1978-ci ildə anadan olub. Beynəlxalq "Kim? Harada? Nə vaxt?" elitar oyunlar klubunun Azərbaycanda aparıcısı və baş prodüsseridir, Gametv.az prodüser mərkəzinin rəhbəridir.

Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirib.

2004-cü ildən klub oyunlarının iştirakçısıdır. 2004-cü ildə "Kim? Harda? Nə vaxt?" oyununun idman variantı üzrə dünya çempionu olub.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG