Accessibility links

“Exo” qəzeti fəaliyyətini dayandırır


Exo qəzeti
Exo qəzeti

Qəzetin sonuncu nömrəsi mayın 26-da işıq üzü görəcək

“Exo” qəzeti fəaliyyətini dayandırır.

Bu barədə Amerikanın Səsinə “Exo” qəzetinin baş redaktorunun birinci müavini Ruslan Manafov məlumat verib.

Onun sözlərinə görə, qəzet fəaliyyətini mayın 26-na kimi davam etdirəcək:

R. Manafov qəzetin bağlanmasına son dövrlər yaranmış maliyyə çətinliklərinin və baş redaktor Rauf Talışinskinin vəfatının səbəb olduğunu qeyd edib.

“Exo” qəzetinin baş redaktoru Rauf Talışinskiqəfil ürək tutmasından mayın 8-də vəfat edib.

“Exo” qəzeti 2001-ci ildən fəaliyyət göstərirdi. Qəzetin sayt versiyası isə 2004-cü ildə yaranıb.Qəzet həftədə 5 dəfə çıxır. Qəzetin tirajı 6-10 mindir.

XS
SM
MD
LG