Accessibility links

Lənkəran Polis Şöbəsində baş redaktorla söhbət edilib


Rafiq Cəlilov
Rafiq Cəlilov

İyunun 12-də “Tolışon sado" ("Talışın səsi") qəzetinin baş redaktoru Rafiq Cəlilov saxlanılaraq Lənkəran rayon Polis Şöbəsinə (Bakıdan 272 kilometr cənub) aparılıb. Sosial şəbəkələrdə yayılan məlumatı Rafiq Cəlilov telefonla Amerikanın Səsinə təsdiqləyib.

Rafiq Cəlilov deyib ki, maşında gedərkən polis avtomobili yolda maşının qarşısını kəsib və ondan maşından düşərək polisə getməsini tələb edib.

"Beş saat polisdə saxlandıqdan sonra azad buraxıldım”, Rafiq Cəlilov Amerikanın Səsinə bildirib. Bu müddətdə ondan qəzetin fəaliyyəti ilə bağlı soruşublar.

Öz növbəsində Lənkəran rayon Polis Şöbəsinin növbətçi hissəsindən Amerikanın Səsinə bildiriblər ki, Rafiq Cəlilov saxlanılmayıb, sadəcə onunla söhbət edilib.

XS
SM
MD
LG