Accessibility links

APA İnformasiya Agentliyinin saytına giriş mümkün deyil


APA agentliyinin loqosu
APA agentliyinin loqosu

APA İnformasiya Agentliyinin internet saytına avqustun 1-də axşam saatlarından giriş bütövlükdə bağlıdır. Sayta VPN saytları vasitəsi ilə də giriş mümkün deyil.

Agentlik sayta girişin hansı səbəbdən bağlanması ilə bağlı hər hansı açılama yaymayıb.

APA-nın saytına giriş prezident İlham Əliyevin Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ və Böyük Vətən müharibəsi veteranlarına, həmçinin Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin açarlarının təqdim edilməsi mərasimində çıxışı ilə bağlı məlumat yaydıqdan bir qədər sonra mümkün olmayıb.

Virtualaz.org saytı Prezident Administrasiyasının APA agentliyinin Əliyevin çıxışına istinadən yaydığı məlumatla bağlı təkzibini yayıb.

“Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ və Böyük Vətən müharibəsi veteranlarına, həmçinin Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin açarlarının təqdim edilməsi mərasimindən reportajda APA agentliyi prezident İlham Əliyevin Ermənistan-Azərbaycan münasibətləri haqqında sözlərini təhrif edib. Dövlət başçısı “Ermənistanı çökdürəcəyik” ifadəsini işlətməyib”, Prezident Administrasiyasının təkzibində deyilir.

“Virtualaz.org saytında APA agentliyinin məlumatı olduğu kimi dərc edilib. Prezident Administrasiyasının reaksiyasından sonra məlumat virtualaz.org saytından silinib”, virtualaz.org saytının məlumatında deyilir.

APA agentliyinin Facebook səhifəsində son məlumat Bakı vaxtı ilə saat 19-da yayımlanıb. Ondan sonra səhifəyə hər hansı məlumat yerləşdirilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG