Accessibility links

Mehman Hüseynov anasının dəfnində iştirak etmək üçün buraxılıb


Mehman Hüseynov anasının dəfnində iştirak etmək üçün 14 saylı Cəzaçəkmə Müəssisəsindən buraxılıb. Bu barədə Amerikanın Səsinə Peniotensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildiriblər.

***

Vəkil Şəhla Hümbətova və bloger Mehman Hüseynovun özü anasının dəfnində iştirak etməsi üçün Penitensiar Xidmətin rəhbərinə rəsmi müraciət edib. Bu barədə vəkil Şəhla Hümbətova Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, hazırda Penitensiar Xidmət müraciətə baxır.

“Ümid edirəm ki, tez bir zamanda cavab verəcəklər”, Hembətova qeyd edib.

Vəkil bu gün 14 saylı Cəzaçəkmə Müəssisəsində Hüseynovla görüşüb.

Həbsdə olan bloger Mehman Hüseynovun anası Firəngiz Hüseynova avqustun 6-da gecə saat bir radələrində vəfat edib.

Firəngiz Hüseynova iyulun 15-də ürək çatışmazlığı diaqnozu ilə Neftçilər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Süni nəfəs aparatına qoşulub.

Vəkillərin, jurnalistlərin dəfələrlə hökumətə, o cümlədən ədliyyə nazirinə, Penitensiar Xidmətin rəhbərinə, ombudsmana müraciətlərinə baxmayaraq həbsdə olan Mehman Hüseynovun anası ilə görüşünə icazə verilməyib.

Firəngiz Hüseynovanın oğlu Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) təsisçisi Emin Hüsenyov 2015-ci ildə mühacirətə gedib. Onun rəhbərlik etdiyi RATİ 2014-cü il avqustun 8-də istintaq orqanları tərəfindən bağlanıb. Emin Hüseynov 10 ay İsveçrənin Azərbaycandakı səfirliyinə sığındıqdan sonra bu ölkənin xarici işlər nazirinin Bakıya səfəri zaman onun təyyarəsində ölkəni tərk edib. Hazırda İsveçrədə mühacirətdədir.

Hüseynovanın digər oğlu Mehman Hüseynov Suraxanı rayon Məhkəməsinin 3 mart 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 147.2-ci maddəsində (böhtan) nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. Mehman Hüseynov Qaradağ rayonun Qızıldaş qəsəbəsində yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Mehman Hüseynov ölkədə sərt tənqidçi blogerlərdəndir.

O, hökumətin həyata keçirdiyi bir sıra layihələr, məmurlar, yüksək vəzifəli şəxslər, deputatların bahalı villaları, evləri və ev əşyaları ilə bağlı ifşaedici video reportajların müəllifidir. Hər dəfə onun video reportajları geniş rezonansa səbəb olub, sosial şəbəkələrdə yüz minlərlə insan tərəfindən izlənilib. Mehman Hüseynovun Facebook səhifələrinin hazırda 400 mindən çox izləyicisi var.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG