Accessibility links

"Sərhədsiz Reportyorlar" Merkeli Azərbaycanda jurnalistlərin həbsdən azad edilməsini tələb etməyə çağırır


Sərhədsiz Reportyorlar təşkilatı
Sərhədsiz Reportyorlar təşkilatı

"Sərhədsiz Reportyorlar" beynəlxalq hüquq müdafiə təşkilatı Almaniya kansleri Angela Merkeli Azərbaycan prezidenti ilə görüşündə jurnalistlərin azad edilməsini tələb etməyə, habelə ölkədə söz azadlığı məsələsini qaldırmağa çağırıb.

"Azərbaycan ən çox sayda media işçisinin həbsdə olduğu ölkələrə aiddir, indi orada səkkiz jurnalist və iki bloger öz işinə görə həbsdədir", "Sərhədsiz Reportyorlar" avqustun 22-də bildirib.

Avqustun 23-də Merkelin Gürcüstan, Ermənistan və Azərbaycana səfəri başlayacaq. Onun Bakıda Azərbaycan prezidenti Əliyevlə avqustun 25-də görüşəcəyi gözlənilir.

Azərbaycan "Sərhədsiz Reportyorlar"ın sonuncu mətbuat azadlığı reytinqində 180 yerdən 163-cü yeri tutub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG