Accessibility links

Məhkəmə jurnalistin Azərbaycandan çıxışına qadağanı qanuni sayıb


Şahvələd Çobanoğlu

Sentyabrın 11-də Bakının Nəsimi rayon Məhkəməsi araşdırmaçı-jurnalist Şahvələd Çobanoğlunun ölkədən çıxışına qoyulmuş qadağanı qanuni sayıb. Qadağa 2014-cü ildə qoyulub.

Şahvələd Çobanoğlu məhkəmədən qadağanı qanunsuz hesab etməsini xahiş edib, amma məhkəmədə prokurorluq nümayəndəsi qadağanın qanuni olduğunu bildirib və bunu böyük bir qrup QHT-yə və "Azadlıq Radiosu"na qarşı cinayət işinin davam etməsi ilə əsaslandırıb.

Müdafiə tərəfi qadağanın qanunsuz olduğunu bildirib, belə ki, o, təqsirləndirilən və ya şübhəli şəxs deyil. Şahvələd Çobanoğlu apellyasiya şikayəti vermək niyyətindədir.

Son illər o dəfələrlə prokurorluqda "Azadlıq" qəzetinin, "Azadlıq Radiosu"nun, jurnalist Əfqan Muxtarlının işi ilə bağlı dindirilib.

Avqustun 14-də jurnalist ölkəni tərk etməyə çalışıb, amma sərhədçilər onu buraxmayıb.

2013-cü ildən etibarən 10-dan çox jurnalistin Azərbaycandan çıxmasına qadağa qoyulub. Doqquz jurnalist artıq Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. 2017-ci ildən bu işlərlə bağlı Azərbaycan hökuməti ilə kommunikasiyaya başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Kyivi pilotsuz təyyarələr və raketlərlə hədəf alıb
please wait

No media source currently available

0:00 0:10:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG