Accessibility links

Harlem Dezir Azərbaycana səfər etməyi planlaşdırır


Varşavada ATƏT-in İnsani Dəyərlərin Tətbiqi üzrə İllik Toplantısı çərçivəsində ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) icraçı direktoru Emin Hüseynovla Azərbaycanda mətbuatın durumunu müzakirə edib.

Bu barədə Dezir Twitter-dəki mikrobloqunda yazıb.

Öz növbəsində, Hüseynov bildirib ki, Dezirə Azərbaycanda media azadlığının problemləri, həbs edilmiş jurnalistlər və blogerlər, saytların bloklanması və digər ifadə azadlığının pozulması faktları haqqında məlumat verib.

Hüseynovun sözlərinə görə, Dezir ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi qismində Azərbaycanda hələ olmadığını və ilin sonuna qədər belə bir səfər etməyə ümid etdiyini qeyd edib.

İnsan hüquqlarının ölçülməsi üzrə Varşava konfransı hər il ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən keçirilir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG