Accessibility links

Jurnalist dünən axşamdan yoxa çxıxb


İsmayıl İslamoğlu

Oktyabrın 26-sı axşamdan Kana13.tv internet televiziyasının əməkdaşı İsmayıl İslamoğludan xəbər yoxdur.

Kanal13.tv-dən Ameri kanın Səsinə bildriblər ki, jurnalist dünən axşam saat 20 radələrində işdən çıxıb.

“Lakin o işdən çıxdıqdan sonra yaşadığı evə gedib çatmayıb. Jurnalistin harada olması barədə hələ də xəbər öyrənə bilməmişik. Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə məlumat verilib, lakin hələ cavab verməyiblər. Ailə üzvləri İslamoğlunun hüquq mühafizə orqanları tərəfindən saxlanıldığını iddia edir”, Kanal13.tv-dən Amerikanın Səsinə bildiriblər.

Muhammed Alifov adlı facebook istifadəçisi yazır ki, İsmayıl İslamoğlu ilə oktyabrın 26-da təxmini 20:40 radələrində ofisdən birlikdə çıxıb.

“Ailəsindən deyirlər ki, İsmayıldan xəbər yoxdur. Evə hələ gəlib çıxmayıb. Evləri ofisə yaxındır. Evə gedib çıxmamsı artıq şübhə doğurur. Telefon nömrəsinə də zəng çatmır. 102 xidməti ilə əlaqə saxlamışıq deyirlər 24 saatdan sora əlaqə saxlayın”, o facebook səhifəsində yazıb.

Jurnalistin yoxa çıxması hüquq müdafiəçiləri tərəfindən də araşdırılır.

“Hüquq müdafiəçiləri də narahatdır. Biz bu gün İsmayıl İslamoğlunun yoxa çıxması ilə bağlı araşdırmalara başlamışıq. Lakin hələ jurnalistin harada olması ilə bağlı hər hansı xəbər əldə edə bilməmişik”, hüquq müdafiəçisi Oqtay Gülalıyev Amerikanın Səsinə bildirib.

Hüquq mühafizə orqanları da İsmayıl İslamoğlu ilə bağlı hər hansı məlumat yaymayıb.

İsmayıl İslamoğlu sosial şəbəkələrdə fəaldır. O kəskin tənqidi statusları ilə fərqlənir. Son kəskin tənqidi statusunu oktyabrın 26-da günorta saatlarında yazıb.

İsmayıl İslamoğlu bundan öncə də polisə çağırılaraq xəbərdarlıq edilib. Belə ki, bu il iyulun 27-də İslamoğlu Bakı şəhər Baş Polis İdarəsinə aparılıb. O 3 saatadək saxlanıldıqdan sonra, “Jara” musiqi festivalına dair sosial şəbəkələrdə yazdığı tənqidi statusu ilə bağlı xəbərdarlıq edilərək azad buraxılıb.

XS
SM
MD
LG