Accessibility links

Jurnalistin apellyasiya şikayətinə baxılacaq


İkram Rəhimov
İkram Rəhimov

Noyabrın 1-də Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə jurnalist İkram Rəhimovun (Rafiqoğlu) həbsindən özünün və vəkilin verdiyi apellyasiya şikayətinə baxılacaq.

Bu barədə vəkil Elçin Sadıqov facebook səhifəsində məlumat yayıb.

Reallıq.info saytının rəhbəri İkram Rəhimov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tutulub. O tutulmamışdan əvvəl Prezident Administrasiyasının yüksək vəzifəli şəxsini tənqid etdiyinə görə izlənildiyini və təqib edildiyini bildirib.

Dövlət Təhlükəsizlik Xidmətinin ictimai əlaqələr şöbəsinin məlumatında isə deyilir ki, İkram Rəhimov tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı ilə ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər araşdırılıb.

“Məhkəmə qərarı əsasında aparılmış əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqədə olduğu şəxslərlə birgə törətdiyi həmin silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb. İkram Rəhimov 2018-ci il oktyabrın 26-da Azərbaycan Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib”, məlumatda qeyd edilir.

Vəkil oktyabrın 30-da həbsdə olan İkram Rəhimovla görüşüb.

“Saxlanılan zaman heç bir zorakılığa məruz qalmadığını, saxlanılma şəraitindən narazı olmadığını, heç bir cinayət törətmədiyini, jurnalist fəaliyyətinə görə həbs edildiyini bildirdi və bu barədə adından açıqlama yaymağımı xahiş etdi”, Elçin Sadıqov facebook səhifəsində yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG