Accessibility links

DİN və prokurorluq jurnalistin şikayətinə cavab verib


Jurnalist Aytac Əhmədovanın polis bölməsində zorakılığa məruz qalması iddiasına Daxili İşlər Nazirliyindən (DİN) cavab gəlib. Nazirlik iddianı rədd edir.

Bu barədə AzadlıqRadiosuna A.Əhmədova özü bildirib.

Oktyabrın 3-də Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində bir qrup sakinin mənzil şəraitinə etiraz olaraq yolu bağlamasını lentə alarkən polisə aparılan, orada zorakılığa məruz qaldığını bildirən jurnalist vurğulayır ki, olayın araşdırılmasından ötrü Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa şikayət edib. Hər iki qurumdan jurnalistə yazılı cavab gəlib: "Daxili İşlər Nazirliyinin Daxili təhqiqatlar şöbəsindən gələn cavabda yazılır ki, müraciətimə Bakı Şəhər Baş Polis İdarəsində baxılıb. Yazırlar ki, aparılmış xidməti təhqiqat nəticəsində polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi müəyyən edilməyib".

Jurnalistin sözlərinə görə, DİN ona tövsiyə edib ki, cavabdan narazı qalarsa, məhkəməyə müraciət etsin.

Jurnalistə vurğuladığına görə, Baş Prokurorluqdan göndərilmiş məktubda isə şikayətinin araşdırıldığı bildirilib: "Şikayətlə bağlı Bakı Şəhər Prokurorluğunun Prokurorluqda istintaqa nəzarət şöbəsi cavab verib. Onlar yazırlar ki, şikayətim araşdırılması üçün Sabunçu Rayon Prokurorluğuna göndərilib. Sabunçu rayon prokuroru noyabrın 26-dək araşdırmanın nəticəsi haqda məlumat verməlidir".

Jurnalist yekun cavabdan razı qalmasa, məhkəməyə müraciət edəcəyini bildirib.

Xatırlatma

A.Əhmədova oktyabrın 3-də Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində bir qrup sakinin mənzil şəraitinə etiraz olaraq yolu bağlamasını lentə alarkən saxlanıb, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə aparıldığını açıqlamışdı. Jurnalist həmin vaxt AzadlıqRadiosuna demişdi ki, bölmənin dəhlizində mülki geyimdə olan bir şəxs ona sillə vurub. A.Əhmədova sonradan onun polis zabiti olduğunu öyrənib.

Jurnalistin deməsinə görə, polis bölməsində ictimai yerdə çəkdiyi bütün görüntülər silinmişdi.

Jurnalistə həmin vaxt DİN-in mətbuat xidmətində rəis müavini Orxan Mansurzadə cavab vermişdi. Jurnalistin polisə aparıldığını təsdiqləyən nazirlik sözçüsü iddia edirdi ki, o, polisin qanuni vəzifələrini yerinə yetirməsinə maneçilik törədib.

"Bütün hallarda onunla mövcud qanunvericiliyin tələbləri çərçivəsində rəftar olunub... ", DİN sözçüsü demişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG