Accessibility links

Avropa məhkəməsi Seymur Həzinin şikayətini təmin edib


Avropa İnsan Hüquqları məhkəməsi dekabrın 6-da "Azadlıq" qəzetinin siyasi şərhçisi Seymur Həzinin Azərbaycana qarşı şikayətini təmin edib.

Məhkəmə jurnalistin 29 avqust 2014-də həbs edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verdiyi şikayət üzrə qərar qəbul edib.

Məhkəmə ərizəçinin Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq) maddəsinin pozuntusunu tanıyıb.

Qərara əsasən Azərbaycan hökuməti Həziyə mənəvi zərərə görə 13 min avro, digər xərclərə görə isə 1500 avro ödəməlidir.

Jurnalistin Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci (Hüquqlarla bağlı məhduduiyyətlərdən istifadənin hədləri) maddəsinin pozuntusunun tanınmasına gəldikdə isə məhkəmə araşdırmağa əsas görməyib.

Seymur Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzasına məhkum edilib.

Jurnalist ittihamı rədd edərək “Azadlıq” qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və “Azərbaycan saatı” proqramında aparıcı olduğuna görə həbs olunduğunu bildirib.

“Amnesty International” təşkilatı Seymur Həzini vicdan məhbusu elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG