Accessibility links

“Media forum” saytı fəaliyyətini dondurub


Media forum saytı
Media forum saytı

“Media forum” saytının kollektivi məzuniyyətə buraxılıb. Bu barədə sayt səhifəsində məlumat yerləşdirib.

Məlumatda deyilir ki, bu məcburi məzuniyyətin səbəbini izah etmək üçün öncə bildirmək istərdik ki, 2013 və 2014-cü illərdə ölkədə QHT qanunvericiliyinə bir sıra dəyişikliklər edilib.

“Həmin dəyişikliklərdən biri də qrant müqavilələrinin qeydiyyata alınması qaydası ilə bağlıdır. Yeni qaydaya görə, qeyri-kommersiya hüquqi şəxslər layihə həyata keçirərkən bağladıqları qrant müqavilələrini Ədliyyə Nazirliyində qeydə aldırmalı və nazirlikdən bunu təsdiqləyən müvafiq bildiriş almalıdır. Layihəsi qeydə alınmayan, yəni bildiriş ala bilməyən təşkilat qrant müqaviləsi üzrə bank əməliyyatı həyata keçirə bilməz.

Bu dəyişikliklər “Media forum” saytının da fəaliyyətinə təsirsiz ötüşməyib. Çünki “Media forum” saytı qeyri-kommersiya hüquqi şəxs olan “İnternyus Azərbaycan” İctimai Birliyinin layihəsidir. “İnternyus Azərbaycan” İctimai Birliyi yerli qeyri-hökumət təşkilatıdır, media layihələrini, o cümlədən “Media forum” layihəsini qrant müqavilələri əsasında reallaşdırır. “İnternyus Azərbaycan” İctimai Birliyi öz layihələri ilə bağlı qrant müqavilələrinə Ədliyyə Nazirliyindən bildiriş ala bilmədiyinə görə həmin layihələrin fəaliyyətini dondurmaq məcburiyyətində qalıb. “Media forum” saytının kollektivinin məzuniyyətə buraxılması bu məcburiyyətin tərkib hissəsidir”, xəbərdə deyilir.

“Media forum” saytı 2004-cü ilin dekabrından fasiləsiz fəaliyyət göstərib. Sayt ölkədə insanlara məlumatların çatdırılmasında öncül yerlərdən birini tutub.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG